Working time: 09:00 - 18:00

Traktorlar haqqında və YTO Traktorları

Traktorlar haqqında və YTO Traktorları

  • 05 İyul 2023
  • 2522

Traktorlar haqqında 

Traktor mexaniki cəhətdən avtomobilə və yük maşınına bənzədilir. Traktorlar kənd təsərrüfatında, tikintidə , yol tikintisində istifadə olunur. Kənd təsərrüfatında əsas traktorlar və eləcə də əlavə qurğuları; dırmıqlar və kultivatorlar, toxum səpənlər və bitkiləri əkin sahələrinə  köçürmək üçün transplantatorlar, gübrələr və toxumlar üçün səpənlər, ot və saman üçün presbağlayan qurğular, suvarma  tətbiqi üçün çiləyicilər istifadə edilir. İlk dəfə traktordan sənayedə torpağın daşınması və tikintisi üçün istifadə edilirdi. Zaman keçdikcə traktor hər bir sahədə yer aldı. Müasir traktorların əksəriyyəti benzin, mayeləşdirilmiş neft qazı və ya dizel yanacağı ilə işləyən daxili yanma mühərrikləri ilə işləyir. Ölkəmizdə geniş kənd təsərrüfatı sahələri üçün traktorların istifadəsi mütləqdir.

Traktorun neçə növü mövcuddur?

Traktorların 3 növü mövcuddur.
1) Hərəkət sistemlərinə görə:

- Tək oxlu traktorlar
- İki oxlu traktorlar
- İki arxa təkərli klassik traktorlar
- Dörd təkərli traktorlar 

2) İstifadə məqsədinə görə:
- Standart traktorlar
- Bağ traktorlar
- Xüsusi traktorlar

3) Mühərrikin gücünə görə:
Traktorlar mühərrikin gücünə görə 4 qrupda nəzərdən keçirilir.
- 0,5-12 at gücündə - Bağ traktorları
- 12-23 at gücündə - Kiçik traktorlar
- 23-40 at gücündə - Orta traktorlar
- 40 at gücündə - Böyük traktorlar və s.

Müxtəlif at gücünə malik mühərrikləri olan traktorlar kənd təsərrüfatı işini asanlaşdırır. Çox yönlü istifadə oluna bilən, qarı təmizləmək üçün şum və ya hava üfürücü ilə təchiz oluna bilən və ekskavator qurğusu ilə təchiz oluna bilən traktorlar kənd həyatına kömək edən bir çox funksiyaya malikdir. Bütün bu üstünlüklərə görə traktordan istifadə hər bir kəndli üçün zərurətə çevrilir. 

Hansı traktorlardan daha çox istifadə edilir?
- YTO ESK Modelləri
- YTO NLX Modelləri
- YTO EF Modelləri
- YTO EMF Modelləri


Top